SON XƏBƏR

Ermənistanda Rusiya telekanallarına qadağa qoyuldu

Yanvar 07
01:21 2021
Ermənistan qanunvericiliyinə edilən son dəyişikliklərdən sonra ölkə ərazisində Rusiyanın cəmi bir televiziya kanalına açıq yayım hüququ verilib. Bir neçə Rusiya telekanalının ölkə boyunca açıq yayımına isə qadağa qoyulub. 

Bu barədə yanvarın 6-da "Sputnik Ermənistan” xəbər verib. 

Məlumata görə, Ermənistanda Rusiyanın "RTR-Planeta” telekanalına bütün ölkə boyunca, "Rossiya-Kultura” və "Birinci kanal”a isə ancaq paytaxt Yerevanda açıq yayım hüququ verilib. 

Bunun müqabilində Rusiya Ermənistanın İctimai televiziya kanalına bütün Rusiya ərazində yayımlanmaq üçün universal lisenziya verib. 

Ötən ilin avqustunda Ermənistan prezidenti Armen Sarkisyan "Audiovizual media” haqqında qanun imzalayıb. Qanun Rusiya telekanalları daxil olmaqla, xarici dildə fəaliyyət göstərən telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Dəyişikliyə əsasən, Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaqlar. Dəyişikliklərdən əvvəl Ermənistanda Rusiyanın "Birinci kanalı”, "RTR-Planeta”, "Rossiya-Kultura”, həmçinin dövlətlərarası "Mir” telekanalı açıq yayımlanırdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook