Ermənistanda koronavirusdan ölənlərin sayı 32-yə çatdı
Aprel 30
10:48
2020
Ermənistanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər virusdan ölüb.
"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 066-ya yüksəlib.
Məlumata görə, ölkədə virusdan ümumilikdə 32 nəfər ölüb.
Qeyd edək ki, aprelin 28-nə olan məlumata görə, ölkədə bir gündə 65 yoluxma faktı qeydə alınmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 221 000-i ötüb. Bunların 1 005 217 nəfəri sağalıb, 228 263 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.