Ermənistanda ilk turda yeni prezidenti seçmək mümkün olmayıb
Mart 03
11:01
2022
Ermənistanda seçkilərin ilk turunda prezident seçilməyib.
"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Hesablama Komissiyasının rəhbəri Narek Babayan məlumat verib.
Onun sözlərinə görə, hakim "Vətəndaş müqaviləsi” partiyası kifayət qədər səs toplaya bilməyib.
Dövlət başçısı vəzifəsinə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan cəmi 69 deputatın səsini toplayıb.
Seçkilərin ikinci turu bu gün keçiriləcək.



