Ermənistanda hərbi hissədə silahlı insident olub - 1 hərbçi ölüb, 2-si yaralanıb
							Dekabr 11
									
										10:07
										2021
									
								Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
"Report” "Aysor”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.
Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci ildə anadan olan Senik Arzumanyan ölüb.
Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

				
				
				
				
				
				

