SON XƏBƏR

Ermənistanda hərbi hissədə 15 əsgər yanaraq ölüb

Yanvar 19
14:50 2023
"Hərbi hissədə baş verən yanğında 15 çağırışçı həlak olub, 6 əsgər və 1 zabit yaralanıb”.

"AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Xatırladaq ki, saat 05:15 radələrində Qeqarkunik rayonunun Azər kəndində yerləşən bölmədə saat 01:30 radələrində yanğın hadisəsi qeydə alınıb.

"Faktla bağlı toplanmış materiallar Prokurorluğun İstintaq Qarnizonu İdarəsinə təhvil verilib. Hadisə yerində prokurorlar və müstəntiqlər, baş prokurorun müavini Qriqor Elizbaryan çalışır”,- deyə məlumatda qeyd olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook