SON XƏBƏR

Ermənistanda devalvasiya çörəyin qiymətinin növbəti dəfə artmasına səbəb olub

Fevral 12
12:57 2019
Ötən həftə Ermənistanda çörək yenə bahalaşıb və bu, dramın devalvasiyasının nəticəsidir.

Bu barədə "Report" Ermənistanın "Jamanak" ("Zaman") qəzetinə istinadən xəbər verir.

"Dram devalvasiyaya uğradıqca un da bahalaşır, özü də ani şəkildə. Səbəbi isə Ermənistanda unun topdan satışının dollarla həyata keçirilməsidir", - nəşr yazır.

Qəzet vurğulayır ki, unun qiymətinin artması çörək məhsullarının qiymətlərinə təsir edir, bu isə öz növbəsində, əhalinin aşağı gəlirli təbəqəsinin büdcəsinə mənfi təsir göstərir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook