"Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasına yaxındır" - Paşinyanın mətbuat katibi

İyul 21
14:04
2025
Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına yaxındır.
Eyni zamanda, mətbuat katibi qeyd edib ki, Ermənistan regionda nəqliyyat əlaqələrinin tam açılmasında maraqlıdır.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, Minsk qrupunun ləğvi və ilkin imzalanma məsələsi fəal müzakirə olunur, lakin bütün detallar hələ razılaşdırılma mərhələsindədir.