"Ermənistan təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməz" - İlham Əliyev
Aprel 29
11:28
2022
"Hazırda Azərbaycanın əsas diqqəti Qarabağı necə bərpa etmək və ora keçmiş məcburi köçkünləri tez bir zamanda qaytarmaqdır”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib.
"Eyni zamanda, açıq şəkildə elan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sülh gündəliyimiz və təşəbbüslərimiz təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də Cənubi Qafqazda regional inkişafa və regional inkişaf üçün yeni imkanlara yönəlib. Otuz ildir Ermənistanın separatizmi və təcavüzü ucbatından biz bu fürsəti itirmişik, Cənubi Qafqaz inteqrasiya olunmayıb”, - dövlət başçısı bildirib.



