Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutub

May 05
17:05
2023
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.