“Ermənistan sərhəd probleminin sıfır nöqtəsindən çıxmasına razılıq verib” - Komissiya sədri
Noyabr 19
13:58
2021
"Ermənistan tərəfi prosesin sıfır nöqtəsindən çıxmasına razılıq verib”.
"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu hakim "Vətəndaş razılaşması” parlament fraksiyasının üzvü, qanunverici orqanın təhlükəsizlik və müdafiə məsələləri üzrə komissiyanın sədri Andranik Koçaryan noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələdə konfindensiallığı qorumaq vacibdir: "Sərhədə hərbçilərin yerləşdirilməsi müzakirə olunduğundan yeni gərginlik yaratmamaq üçün son dərəcə ehtiyatlı olmaq lazımdır".
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan brfinqdə bildirib ki, rəsmi İrəvan Rusiyaya demarkasiya mərhələsinə hazırlığa başlamaqla bağlı vaxtında məlumat verib: "Bir sıra texniki məsələlər üzrə razılıq əldə edildikdən sonra Ermənistan tərəfi uyğun komissiyanın formalaşmasına və əsas işə başlamağa hazırdır".



