SON XƏBƏR

Ermənistan parlamentinin vitse-spikeri: “Prezidentlərin görüşü dekabrda baş tuta bilər”

Noyabr 19
11:05 2015
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər.
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın hakim partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib. "Prezidentlərin görüşü yaxın həftələrdə keçiriləcək. Güman edirəm ki, İ.Əliyev- S. Sarkisyan görüşü dekabrın əvvəlində baş tutacaq. Görüşün hansı gündə və harada keçiriləcəyi barədə əlavə məlumat veriləcək", deyə E. Şarmazanov vurğulayıb.
 
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 26-28-də regiona səfər ediblər. Səfərin yekunlarına dair yaydıqları bəyanatda həmsədrlər bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentləri ilin sonunadək yüksək səviyyədə görüşün keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook