Ermənistan müdafiə naziri "QARABAĞ MƏSƏLƏSİ HƏLLİNİ TAPIB"
Oktyabr 28
09:16
2019
"Yalnız qələbə düşünə bilirəm. Qarabağ məsələsi həllini tapıb".
Virtualaz.org bildirir ki, Qarabağ münaqişəsinin həllini necə görməsi barədə jurnalistlərin sualına Ermənistan müdafiə naziri David Tonoyan belə cavab verib.
Ermənistan KİV-lərinin yazdıqlarına əsasən, David Tonoyan həmçinin Nikol Paşinyanın "Qarabağ Ermənistandır. Nöqtə." bəyanatına gələn beynəlxalq reaksiyalara da münasibət bildirib. Tonoyanın sözlərinə görə, erməni diplomatları onların cavabını məharətlə verir.
"BBC" telekanalının aparıcısının dediklərinə reaksiya verilməməsi sualına isə, Tonoyan onu bu söhbətə qatmamalarını bildirərək, "Vaxtında mən öz mövqeyimi bildirmişəm" cavabını verib.



