Ermənistan koronavirusa görə İranla sərhədini bağlayıb
Fevral 23
23:03
2020
Ermənistan koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə İranla sərhədi iki həftəlik bağlayıb.
APA-nın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
O qeyd edib ki, İranda koronavirusa yoluxma və ölüm hadisəsindən sonra iki ölkə arasında təyyarə reysləri də müvəqqəti olaraq dayandırılıb.
Xatırladaq ki, İranda koronavirusa yoluxma hadisəsi ən çox Qum şəhərində qeydə alınıb. Rəsmi məlumata görə, bu ölkədə yeni virusa 43 nəfər yoluxub, 8 nəfər isə ölüb.