Ermənistan beynəlxalq maliyyə qurumları üçün arzuolunmaz tərəfdaşa çevrilir
Aprel 07
17:01
2022
2020-ci ildən sonra Ermənistanın dövlət borcu icazə verilən "qırmızı xətti” keçib. Bu da öz növbəsində dövlət fiskal büdcəsinin "qızıl qaydası”nın pozulması, yəni ÜDM-in 60%-lik həddi aşılması deməkdir.
İqtisadçıların fikrincə, bu halları nəzərə alan Ermənistan getdikcə beynəlxalq maliyyə qurumları üçün arzuolunmaz və riskli tərəfdaşa çevrilir. Bu orqanların həyata keçirdiyi maliyyə-iqtisadi siyasətdən sonra məlum olur ki, 2018-ci ildən başlayaraq Ermənistanın dövlət borcu ardıcıl və sürətlə artır.
2021-ci ildə dövlət borcu 1,2 milyard dollar artaraq təxminən 10,5 milyarda çatıb. Təkcə bu ilin əvvəlində - yanvar-fevral aylarında Ermənistanın borcu 100 milyon dollar artıb.
Eyni zamanda, hakimiyyət vergi ödəyicilərinin pulu hesabına əsassız xərclər etməyə davam edir, iqtisadi və sosial islahatlar həyata keçirmək əvəzinə, ölkəni yeni borclarla "yükləyir".