SON XƏBƏR

"Ermənistan-Azərbaycan normallaşmasına aid həll olunmamış az məsələ qalıb" - Toivo Klaar

Noyabr 20
13:07 2023
Ermənistan-Azərbaycan normallaşmasına aid həll olunmamış az məsələ qalıb.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Armenpress”ə müsahibəsində bildirib.

Klaar "3+3” formatında görüşlərə toxunaraq deyib ki, buna problemləri olan region ölkələrinin birlikdə müzakirə formatı kimi baxır.

Onun sözlərinə görə, ilkin olaraq belə bir anlayış var idi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, sülh müqaviləsi və iki ölkə arasında normallaşma bu formatda müzakirə mövzusu olmamalıdır.

Aİ nümayəndəsini fikrincə, əsas məsələ sülh prosesində irəliləyişin əldə olunmasıdır və məhz hansı platformada buna nail olunacağı az əhəmiyyət kəsb edir.

Toivo Klaar onu da əlavə edib ki, normallaşma prosesində ciddi irəliləyiş əldə olunmaması üçün hər hansı real səbəb yoxdur, çünki həllini tapmamış çox az sayda məsələ qalıb və onlar artıq bir neçə dəfə müzakirə olunub.

Klaar onu da vurğulayıb ki, buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyiş əldə olunmaması üçün heç bir səbəb görünmür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook