"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bundan sonra da çalışacağıq"
Noyabr 05
16:32
2024
Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün bunda sonra da çalışacaq.
Putin qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə də ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq sülh müqaviləsi üzərində işləməyə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına yardım göstərməyə davam edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.