SON XƏBƏR

Ermənistan ABŞ-ın qınaq bəyanatına cavab verdi

Fevral 14
00:21 2019
Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni humanitar missiyası ilə bağlı bəyanatını nəzərə alıb.

Virtualaz.org "Novosti Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan ABŞ Dövlət Departamentinin məlum bəyanatını şərh edərkən deyib.

"Biz ABŞ Dövlət Departamentinin Suriyadakı erməni humanitar missiyası ilə bağlı bəyanatını diqqətə aldıq. Təkrar edirik ki, Suriya böhranı dövründə erməni xalqı həmişə dinc əhalinin və azlıqların, o cümlədən erməni icmasının taleyini narahatlıqla izləyib", - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Yerevanın Rusiyanın dəstəyi ilə Suriyaya hərbçilər və tibbi heyətdən ibarət humanitar missiya göndərməsi ilə əlaqədar rəsmi mövqeyini açıqlayıb və Ermənistanın bu addımını qınayıb.

"Biz digər ölkələrin Suriyadakı humanitar vəziyyətə reaksiya vermək istəyini başa düşürük və Yaxın Şərqdəki dini azlıqların müdafiəsi məsələsi ilə bağlı narahatlığını bölüşürük. Amma bununla belə, mülki vətəndaşlara yardım edilməsi və ya hərbi xarakter daşımasından asılı olmayaraq, biz Suriya silahlı qüvvələri ilə hansısa qarşılıqlı əməkdaşlığı dəstəkləmirik. Eləcə də, biz bu missiyada Ermənistanla Rusiya arasındakı heç bir əməkdaşlığı dəstəkləmirik. Rusiya dinc sakinləri öldürən və humanitar faciəyə səbəb olan Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edir. Rusiya qlobal arenada Əsəd rejiminin və onun zülmlərinin müdafiəsinə qalxmağı davam etdirir”, - deyə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook