"Ermənistan 30 il ekoloji terror törədib" - Azərbaycan Prezidenti
Aprel 29
13:38
2022
"İndi biz Qarabağın və Zəngəzurun Azərbaycanın qalan hissəsi ilə dərin inteqrasiyası üzərində işləyirik, ona görə də dəmir yolları, hava limanları tikilir, elektrik enerjisi verilir. Suyun paylanması məsələsi bir az daha çox vaxt aparacaq”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə söyləyib.
"Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi”, - dövlət başçısı vurğulayıb.



