Ermənilərin Şahbaz və Dilqəmə qarşı növbəti təxribat cəhdi
							Dekabr 18
									
										09:42
										2020
									
								Azərbaycanlı gənclərin Vikipediyada ermənilərin təxribatlarına qarşı fəaliyyəti davam edir.
44 günlük müharibə boyunca da fəal olmuş "Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə bir neçə gün öncə erməni girovluğundan azad edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin haqqında ermənilərin yaymağa çalışdığı saxta məlumatları silib.

				
				
				
				
				
				

