Ermənilərin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib, "KamAZ"ı məhv edilib
Sentyabr 14
13:13
2022
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb.
"Report” xəbər verir ki, bu barədə "Caliber” yazıb.
Bildirilib ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib.



