Ermənilərin ən çox mina basdırdıqları ərazi açıqlanıb
Avqust 31
16:46
2022
Azərbaycanın ermənilər tərəfindən daha çox çirkləndirilən əraziləri Aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyi və bu istiqamətdə yerləşən Cəbrayılın Mehdili kəndidir.
Bu barədə "Report"un Qarabağ bürosuna Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun Aprel qələbəsi zamanı Lələtəpə yüksəkliyini işğaldan azad etdikdən sonra ermənilər 30 ilə yaxın bir müddətdə işğalda saxladığı Cəbrayılın Mehdili kəndində səngərlər qazaraq postlar qurmuşdular:
"Lələtəpə yüksəkliyinin ətrafı və Mehdili kəndləri erməni işğalçılarının ən çox mina basdırdıqları ərazilərdir. Daha çox piyada əleyhinə minalar basdırılıb. Burada daha çox Aprel döyüşlərindən sonra basdırılan mina və partlamamış hərbi sursatlara rast gəlinir".
ANAMA rəsmisi əlavə edib ki, burada gözlə görünən ərazilərdə çox böyük təhlükələr var: