SON XƏBƏR

Ermənilər onlarla azərbaycanlını qətlə yetirərək Edillidə basdırıb

Oktyabr 06
11:13 2022
"Bizdə olan məlumata görə, Edillidə onlarla vətəndaşımız qətlə yetirilərək bu ərazilərdə basdırılıb. İndiyədək 25 şəxsə aid qalıqlar tapılıb. Ancaq axtarış işləri hələ də davam etdilir”.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olinmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, 12 nəfərə aid qalıqların hamısı kişi cinsli və cavandır: "Onların hamısı hərbi qulluqçudur. Qalıqları tapılanların arasında mülki şəxs yoxdur. Hamısının ayağında "press ipi” var. Onların bəzilərində dəlik də var. Bu hal da laboratoriyada araşdırılacaq. Baş Prokurorluq hər bir qalıq barədə rəy verəcək. Ekspertiza zamanı qoyulan suallara aydınlıq gətiriləcək”.

Qeyd edək ki, oktyabrın 6-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər. Onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook