Ermənilər “Elmi Qarabağ” jurnalının 2-ci sayını da buraxdı
İyul 11
15:10
2019
Jurnalın sponsoru Qərbi Azərbaycandakı Zəngəzur mis-molibden kombinatıdır...
Azərbaycanın işğal altındakı Xankəndi şəhərində "Elmi "Artsax”(Qarabağ)” jurnalının ikinci buraxılışının təqdimat mərasimi keçirilib.
Karabakhmedia.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. "Valleks Qarden” otelində keçirilən təqdimat mərasimində "Qarabağ Dövlət Universitet”i və "Şuşa Texnologiya Universitet”inin alimləri iştirak edib.
Jurnalın sayca 2-cİ nömrəsində müxtəlif elm sahələrinə, o cümlədən Ermənistan və Qarabağın qondarma və saxtalaşdırılmış erməni tarixinə aid 45 elmi məqalə çap edilib. Məqalələrdən 8-nin müəllifi elmlər doktorlarıdır. 3 dildə (erməni, rus, ingilis) nəşr olunaraq dünyanın müxtəlif ölkələrinə göndərilən jurnalın təsisçisi Yerevan Dövlət Universitetidir. "Elmi Qarabağ” jurnalının sponsoru isə Qərbi Azərbaycandakı yeraltı sərvətlərimizi talayan Zəngəzur mis-molibden kombinatıdır...
P.S. Ermənilər Qarabağın de-fakto işğalını saxtakarlıqla olsa da elmiləşdirir, tarixi cəhətdən "əsaslandırmağ”a çalışırlar ki, de-yure də "əsaslandırmağ”a baza yaransın... Bizlər isə hələ araq içib ağlaya-ağlaya "Qarabağ şikəstəsi” oxuyur və Qarabağ uğrunda elmi mübarizəyə dəstək verir, əksinə, yetənə professor, doktor, akademik adı verib elmimizi də şikəst edirik./Moderator.az/