SON XƏBƏR

“Ermənilər bunu qəbul edəcəklər, çünki başqa yol yoxdur” - Elmar Məmmədyarov

Avqust 02
15:36 2023
"Cənab Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə çağırış etdi. Bu, çox mühüm çağırışdır və üzərində işləmək, Azərbaycan vətəndaşı olan ermənilərə sübut etmək lazımdır ki, vətəndaşlığı tam şəkildə qəbul etsələr, bu, onlar üçün daha sərfəli olacaq, nəinki indiki vəziyyətdə yaşamaq...”
 
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, sülh prosesinin ləngidildiyi təqdirdə Azərbaycanın atacağı alternativ addımlardan da danışıb: "Müxtəlif təkliflər var. Laçın yolunda artıq sərhədçilər yerləşdirilib. Növbəti addım gömrüyün yaradılması olmalıdır. İran, Rusiya, Gürcüstanla sərhədi necə qoruyuruqsa, eyni şəkildə Ermənistanla da sərhədi nəzarətimiz altına almalıyıq. Hansısa ölkələr Azərbaycanı Laçın yolunun bağlı olduğuna görə tənqid etmək istəyirlərsə, yol açıqdır. Rüsum ödə, yükünü keçir. Ermənistan, eyni zamanda digər ölkələr Azərbaycan tərəfinə hansısa yük göndərmək istəsələr, gərək, Azərbaycanın qanunvericiliyinə uyğun gömrük rüsumları ödəsinlər. Bu, siyasi baxımdan o deməkdir ki, Azərbaycanın suverenliyini tam şəkildə qəbul edirlər”.

E.Məmmədyarov Ermənistanın Ağdam yolundan imtina etməsi məsələsinə də toxunub: "Bu, bir az gülməlidir. Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Ağdam-Əsgəran-Xankəndi yolu məsələsi də gec-tez həll olunacaq. Ermənilər bunu da qəbul edəcəklər. Çünki başqa yol yoxdur. Ayrı imkanları da olmayacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook