“Ermənilər bizim evlərimizdə yaşayıblar” - "Açıq-aşkar oğurluq ediblər"
Dekabr 24
00:14
2020
"Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Daha bəsdir, özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar”.
"Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunun Birinci Ağalı kəndinə səfəri zamanı deyib.
Prezident deyib ki, ermənilər açıq-aşkar oğurluq ediblər: "Seləli – bura da dağıdılıb. Görün nə günə qoyublar! Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər. Bizim torpaqlarımızı istismar ediblər”.



