Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub
Oktyabr 14
09:12
2022
Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.



