Ermənilər Ağdamda məktəblini yaralayıb
Fevral 15
16:25
2016
Ermənilərin atəşkəsi pozması nəticəsinə azərbaycanlı məktəbli yaralanıb.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.
Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.



