Erməni terrorçularının tarix qarşısında susqun baxışları - Əməlləri bir daha ifşa olunur

Aprel 19
06:34
2025
Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan bir qrup Ermənistan vətəndaşının məhkəmə prosesi davam edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə və 613 nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların görüntüləri yer alıb. Onların arasında uşaq və qocaların görüntüləri də olub. Həmin görüntülərdən aydın olur ki, meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub.
Həmin hadisələrin üzərindən uzun illər keçdikdən sonra tarixi faktların təqdim olunması və terrorçuların səssiz – sakit, utanc hissi ilə həmin karları izləməsi təkcə Ermənistan, o cümlədən oradakı revanşistlərin deyil, həm də beynəlxalq ictimaiyyətin konkret olaraq fakt qarşısında qalmasıdır. Beləliklə, bir daha sübut olundu ki, rəsmi Bakının uzun illər dünyaya tanıtmaq istədiyi məlumatlar tarixi reallıq, Ermənistanın Azərbaycanı ləkələmək, tarixi saxtalaşdırmaq üçün ortaya atdığı dezinformasiyalar isə sadəcə mifdir. Bunu bu gün erməni terrorçular sözügedən kadrları izləyərkən üz ifadələri, baxışları ilə də təsdiqləmiş oldular.