Erməni ordusunun itkiləri barədə məlumatlar gəlməyə başladı - Fotolar
Sentyabr 27
12:32
2020
Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi irimiqyaslı əks hücum nəticəsində düşmən ordusu canlı qüvvə texnika sarıdan ağır itkilər verir.
Virtualaz.org xəbər verir ki, erməni mənbələrində artıq itkilər barədə ilkin məlumatlar, öldürülən zabit və əsgərlərin fotoları, adları yayılmağa başlayıb.
Lakin bunlar düşmən ordusunun itkilərinin çox cüzi hissəsidir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində düşmən bütün istiqamətlərdə çoxlu itkilər verir və verməkdədir. Yaxın saatlarda düşmənin itkilərinin miqyası haqda yeni təfərrüatlar məlum olacaq.





