SON XƏBƏR

Erməni müxalifəti ümumrespublika tətili elan etdi: Kütləvi itaətsizlik başlayır

Dekabr 19
18:24 2020
"Həftənin ikinci günündən bütün ölkə üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

Qaynarinfo "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu dekabrın 19-da "daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.

O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb: "Dekabrın 22-si saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook