Erməni klubu Rusiya çempionatından xaric edildi
Fevral 06
00:38
2020
Moskvanın ermənilərə məxsus "Ararat" klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.
"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bürosu qərar qəbul edib. Səbəb kimi RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.