Erməni istehkamçıları Aşağı Əskipara kəndi yaxınlığında mina təmizləmə işlərinə başlayıblar
![](https://qlobal.az/photo/680x365/2024-04/1713776110_dc4c3258-97f6-4ff0-ab73-399f7ae62d20.jpg?1722051036)
Aprel 22
12:53
2024
Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.
"Report” xəbər verir ki, bu barədə "Sputnik-Armenia” məlumat yayıb.
Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək.
Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.