SON XƏBƏR

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü (VİDEO)

Mart 02
01:45 2021
Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsirlikdə olduğu müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

Bu barədə "Qafqazinfo”ya qazimizin atası Şakir Vəliyev məlumat verib.

Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook