SON XƏBƏR

Erməni diversantlar Azərbaycanda hansı şəraitdə saxlanılır? - AÇIQLAMA

Sentyabr 07
11:23 2021
Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatlar törətmiş erməni cinayətkarlar layiqli cəzalarını aldılar. Onlar cinayət əməllərinə görə, Azərbaycan qanunları ilə mühakimə olunaraq, müvafiq həbs cəzalarına məhkum edildilər.

Erməni diversantların saxlanma şəraiti barədə Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Rauf Zeyni onların heç bir təzyiqə məruz qalmadığını söyləyib.

"Erməni məhbuslar Penitensiar Xidmətin müəssisələrində normal şəraitdə saxlanılır. Azərbaycanlı əsirlərə, girovlara və itkin düşmüş soydaşlarımıza ermənilərin necə işgəncələr verdiyini demək olar ki, bütün dünya bilir. Müharibə dövründə, ondan əvvəl də saxlanılan erməni cinayətkarlar heç bir zorakılığa, təzyiqə məcbur qalmayıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) mütəmadi olaraq, onlarla maraqlanır.

Erməni məhbuslar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qaydalarına uyğun şəraitdə saxlanılır. Onlar hər dəfə ailələrinə məktub yollayarkən saxlanılma şəraitindən və verilən qidalardan tam razı olduqlarını qeyd edirlər. Məhkəmənin qərarından sonra digər məhbuslar kimi onlara da eyni şərait yaradılıb”, deyə Komitə üzvü qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook