Erməni Baş Qərargah rəisi əsirlərlə bağlı Muradovla görüşə gedəcək
Dekabr 16
18:51
2020
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovla görüşmək üçün Qarabağa yola düşəcək.
Qaynarinfo "Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Şirak vilayətinin qubernatoru Tiqran Petrosyan və Şirak polisinin başçısı Gümrüdəki erməni məhbusların yaxınları ilə görüşdə deyiblər. Onların bildirdiyinə görə, Gümrü-İrəvan magistral yolu blokdan çıxarılıb.
"Müzakirələr yüksək səviyyədə aparılacaq və yaxınlarınız haqqında məlumat əldə edən kimi mütləq sizə məlumat verəcəyik", - Qubernator Xtsaberddə əsir götürülən hərbçilərin yaxınlarına deyib.
Bundan əvvəl qondarma Qarabağ "Ombudsmanı” Artak Beqlaryan Dağlıq Qarabağın Xtsaberd kəndi yaxınlığında 60 nəfərlik erməni hərbçisindən ibarət bir qrupun itkin düşdüyünü yazmışdı.
Bir gün əvvəl sosial şəbəkələrdə yüzdən çox silahsız erməni əsgərinin Azərbaycan əsgərlərinin müşayiəti ilə sülhmərmalıların postları istiqamətində getdikləri videolar yayılıb.