"Əri atıb, gedib başqa sevgilisinin yanına bu da əsəbdən gic olub, pozğun" -İzzət Bağırov
Yanvar 26
08:42
2016
Xırdalandakı 9 saylı məktəbdə müəllimin azyaşlı qızı döyməsi müğənni İzzət Bağırova yaman pis təsir edib. Moderator.az xəbər verir ki, müğənni müəllimi bu hərəkətinə görə ağ yuyub, qara sərib:
"Baxın bu şərəfsiz, qansız, mundar, tərbiyəsiz küçə avarasına... Belə müəllimə olar? Allah sənin bəlanı versin. Elə sənin başına 850 dənə Əbəlfəz Abbas yumruğu dəysin. Dəyəcək də inşallah. O körpə qızın nə günahı var? Allah bilir əri atıb gedib, başqa sevgilisinin yanına bu da əsəbdən gic olub, vurub başına... Hirsini əl boyda uşaqdan çıxır. İfritə, tərbiyəsiz. Sonra da belələri üçün bəraət istəyirlər. Bu müəllimə deyil. Gör kimlər məktəblərdə uşaqlarımıza dərs deyir. Bu cür əclaflar həbs olunmalıdır ki, o birilərə dərs olsun. Biz də məktəb oxumuşuq, dəcəllik etmişik. Amma bir dəfə də olsun müəllimlərimiz bizə əl qaldırmayıb. Qurban olaram bizim o vaxtkı müəllimlərə. Bu cür müəllim olar? Allah sənin bəlanı versin pozğun, tərbiyəsiz. Gör kimlərin əlində qalıb, təhsilimiz".