SON XƏBƏR

Ərdoğanla Lukaşenko razılığa gəldilər

Aprel 18
00:14 2016
Lukaşenko və Ərdoğan iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi ilə bağlı razılaşıblar. 
 
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Belarusun Türkiyədəki səfiri Andrey Savinıx söyləyib. Onun sözlərinə görə, artıq hər iki ölkə arasında iqtisadi münasibətlər ən yüksək səviyyəyə çatacaq. 
 
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət öncə İstanbula səfər edib. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ölkəyə türk investorlarının sərmayə yatırmasını istəyib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook