SON XƏBƏR

"Ərdoğanla görüşə hazıram" - Yunanıstanın Baş naziri

Sentyabr 12
09:15 2022
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti yazıb.

O qeyd edib ki, Praqa belə bir görüş üçün potensial yer ola bilər.

Mitsotakis Türkiyə ilə təkcə keçmişə deyil, həm də gələcəyə baxacaq dostluq münasibətləri qurmaq istədiyini bildirib.

Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala əyaləti yaxınlığında beynəlxalq sularda Komor adaları bayrağı altında üzən yük gəmisinə xəbərdarlıq atəşi açıb. Gəminin göyərtəsində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook