Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin mahiyyəti açıqlanıb

Aprel 06
13:19
2023
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, "Cümhur İttifaqı”nın prezidentliyə namizədi və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin nədən ibarət olduğu açıqlanıb.
"Report” "A Haber”ə istinadən bildirir ki, hazırda hökumət 3 əsas istiqamət üzrə iş aparır.
Məlumata görə, bura "Ailə hesabı”nın yaradılması, Vətəndaşlıq Fondunun təsisi və gənclərə bayram bonusunun verilməsi daxildir.
Türkiyədə ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə 2-3 il müddətində geri qaytarılması nəzərdə tutulmayan 250 min lirə (22 min manat və ya 13 min dollar) vəsait ayırılacaq.
Təsis edilən Vətəndaşlıq Fonduna əsasən uşaq dünyaya gəldikdən sonra dövlət onlar üçün hər ay 100 və ya 200 lirə vəsait ayıracaq. Uşaqlar 18 yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə edə biləcəklər.
Ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə 2-3 il müddətində geri qaytarılması nəzərdə tutulmayan 250 min lirə vəsait ayırılacaq.
Həmçinin tələbələrə ildə iki dəfə bayram bonusu veriləcək.