SON XƏBƏR

Ərdoğanın qızı nişanlandı

Mart 21
09:44 2016
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan Səlcuq Bayraqdar ilə Tarabya Köşkündə nişanlanıb.
 
Qlobal.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nişan mərasimi iki ailə arasında keçirilib. Günortadan sonra baş tutan mərasimdə Ərdoğanın və Bayraqdarın ailə üzvləri iştirak ediblər.
 
Həmçinin, nişana təxminən bir həftədir müalicə alan Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar da qatılıb. Mərasim ərəfəsində geniş təhlükəsizlik tədbirlərinin alındığı Tarabya Huber Köşkünün ətrafına mətbuat nümayəndələrinin yaxınlaşmasına icazə verilməyib.
 
Qeyd edək ki, Süməyya Ərdoğan ilə Səlcuq Bayraqdar arasında ötən həftə keçirilməsi planlaşdırılan nişan mərasimi Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdarın narahatlığı səbəbindən təxirə salınmışdı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook