SON XƏBƏR

``Ərdoğanın liderliyi Yaxın Şərqi xilas edə bilər``

Avqust 18
18:26 2016
ABŞ-ın "Huffungton Post" qəzetinin saytı Türkiyədəki 15 iyul uğursuz dövlət çevrilişi cəhdinin ardından prezidenti Ərdoğanın atdığı diplomatik addımların Yaxın Şərqə sülh gətirə biləcəyini yazıb

Avropa.info xəbər verir ki, "Uğursuz  çevrilişdən sonra Ərdoğan, Yaxın Şərqdəki münasibətləri düzəldir" başlıqlı yazıda Türkiyə prezidentinin liderliyi ilə Yaxın Şərqdə yeni düzənin formalaşa biləcəyi bildirilir. 
  
"Prezident  Ərdoğanın fəal liderliyi sayəsində Türkiyə, Yaxın Şərqdə sülhü formalaşdıran dövlət rolunu ələ ala bilər. Xüsusilə, Ankara - Moskva - Tehran xəttində yeni irəliləyişlər Suriyadakı müharibənin bitməsi üçün çox mühüm rol oynaya bilər. Ərdoğan  Türkiyəni yenidən Yaxın Şərqin sülh təchizatçı yerinə yetirməsi nöqtəsindəki ən böyük çətinliyi Səudiyyə Ərəbistanı və İran münaqişəsində yaşayacaq. Amma regionda bu iki ölkə ilə də güclü əlaqələrə malik yeganə ölkə olan Türkiyənin lideri Ərdoğan, Ər-Riyad və Tehranı daha konstruktiv yola çəkə bilər. Türkiyənin seçəcəyi yol, Yaxın Şərqin mövcud problemləri ilə baş-başa qalacağını yoxsa, rifaha və sülhə nail olacağını müəyyənləşdirəcək".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook