Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək
May 31
09:23
2023
Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək.
"Report” xəbər verir ki, bu barədə "TASS”a Ankaradakı mənbə bildirib.
Onun sözlərinə görə, əslində prezident seçkilərinin ikinci turunun bütün nəticələri tam hesablanıb, bir neçə formal prosedur qalıb, ona görə də Mərkəzi Seçki Komissiyası (YSK) ən qısa zamanda səsvermənin yekun nəticələrini açıqlayacaq.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik çərşənbə axşamı deyib ki, Ərdoğan parlamentdə and içdikdən dərhal sonra yeni Nazirlər Kabinetini elan edə bilər. Hazırkı kabinetdən yalnız bir neçə nazirin yeni hökumətdə qalacağı gözlənilir. Bunlar xarici işlər, daxili işlər və müdafiə nazirləridir.