SON XƏBƏR

Ərdoğandan Ermənistana çağırış: Azərbaycanla sülh müqaviləsini imzalayın, biz də sərhədlərimizi açaq

Oktyabr 07
08:05 2022
Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin isinməsini, həll olunmasını istəyirik.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı erməni jurnalistin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə xarici işlər nazirlikləri bunları müzakirə edir.

"Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, avtomobil və dəmir yollarımızı açarıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook