SON XƏBƏR

Ərdoğan zəlzələ bölgəsinə gedir

Fevral 08
11:55 2023
Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş əraziləri yoxlamaq üçün bölgəyə gedir.

Qaynarinfo bu barədə Haber-7.com-a istinadla xəbər verir.

Prezident Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş vilayətlərə gedərək işləri yerində yoxlamaq və koordinasiya etmək istəyir.

Ərdoğanın əvvəlcə Kahramanmaraş şəhər mərkəzinə, daha sonra Pazarcık mahalına keçəcəyi gözlənilir.

Prezident Ərdoğanın daha sonra Hatayda araşdırma aparması planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook