Ərdoğan Özbəkistanda səfərdədir
Sentyabr 15
15:31
2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.
"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib.
Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək.



