Ərdoğan Xocalı soyqırımı qurbanlarını andı
Fevral 27
09:31
2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar açıqlama verib.
Musavat.com xəbər verir ki, Ərdoğan yaydığı yazılı açıqlamada qeyd edib ki, Ermənistanın 24 il əvvəl Xocalıda törətdiyi qətliamda 613 Azərbaycan vətəndaşı uşaq, qadın, yaşlı olmalarına baxmayaraq qəddarca qətlə yetirilib:
"Xocalıdakı bu insanlıqdan kənar qətliamın acısını hər zaman qəlbimizdə hiss edir, azərbaycanlı qardaşlarımızın kədərini paylaşırıq. Vicdanımızda ən ağır cəzaya məhkum etdiyimiz bu qətliama beynəlxalq ictimaiyyətin da lazımi həssaslığı göstərməsini gözləyirik. Azərbaycan torpaqlarının 1/5 hələ də Ermenistanın işğalı altındadı. Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından bir an əvvəl çəkilməli olduğunu bu gün bir daha təkrarlayırıq. Hər zaman olduğu kimi qardaşlarımızın yanında olmağa davam edəcəyik.
Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza rəhmət diləyir, kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı diləklərimizi göndəririk".
Qlobal.az



