SON XƏBƏR

Ərdoğan xalqa müraciət etdi

Dekabr 09
04:11 2021
Türkiyə Qətərlə indiyədək 84 müqavilə bağlayıb və bu iki ölkə arasındakı əməkdaşlığın səviyyəsini daha da yüksəldib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Ərdoğa deyib ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikəri arasında başlanan yeni mərhələ əməkdaşlığın hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcəyinə ümid edir: "Türkiyənin qurtuluşunu qlobal mənfətə hədəflənməsində deyil, sərmayə yatırımı və məşğuliyyətdə görürük. Hədəfimiz sərmayə yatırımı ilə məşğulluq, istehsalat, ixracat və böyüməni daha da irəliyə aparmaqdır”.

Türkiyənin yeni yol xəritəsinə başladığını deyən Ərdoğan xalqa müraciətlə "Millətimizdən bizə etimad etməsini və səbirli olmasını diləyirik”, deyə bildirib.

Türkiyə prezidenti bankda, yaxud özündə xarici valyutası olanları ölkədəki yeni iqtisadi siyasətin yaratdığı fürsətləri dəyərləndirməyə və sərmayə qoyuluşundan çəkinməməyə dəvət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook