Ərdoğan və Putin İdlib barədə razılığa gəldi: Bu gecədən atəşkəs elan olunacaq
Mart 06
00:17
2020
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Moskvada keçirilən görüşdə İdlib probleminə dair razılıq əldə olunub.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov birdə açıqlama verib.
Razılığa əsasən, İdlibdə təmas xətti boyunca hərbi əməliyyatlarda 6 mart 2020-ci il tarixindən etibarən dayandırılacaq.
Bundan əlavə, avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik kooridoru təsis olunacaq. Bu koridorun yaradılması yolları Türkiyə və Rusiya Müdafiə nazirlikləri tərəfindən 7 gün ərzində müəyyənləşdiriləcək.
Həmçinin Türkiyə-Rusiya ortaq qarovul birlikləri 15 mart 2020-ci il tarixində M4 avtomobil yolunun Trumbadan (Serakibin 2 kilometr qərbi) Ain-Əl-Havra qədərki hissəsi boyunca xidmətə başlayacaq.
Qeyd edək ki, bu gün Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş 6 saatdan çox davam edib.