Ərdoğan və Putin BMT Baş Assambleyasından sonra görüşə bilər - "Hürriyet"
Sentyabr 05
13:23
2023
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının iclasında iştirakdan sonra yeni görüş keçirə bilər. BMT Baş Assambleyası sentyabrın 19-dan 26-dək keçiriləcək. Baş Assambleyanın ilk günü Ərdoğanın çıxışı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti yazır .
Qəzetin yazdığına görə, Putinin bir gün əvvəl Türkiyə prezidenti ilə görüşündən sonra verdiyi açıqlamalar taxıl sazişi üzrə danışıqların "bir az daha uzun sürəcəyinə” işarə edib. Türkiyə prezidentini səfərdə müşayiət edən nəşrin köşə yazarı Abdulkadir Selvi hesab edir ki, iki ölkə liderləri "Ərdoğanın BMT Baş Assambleyasında təmaslarından sonra yenidən görüşə bilərlər”.
Dünən, sentyabrın 4-də Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər. Onların danışıqları üç saat davam edib. Onlar digər məsələlərlə yanaşı, birgə layihələri, taxıl sazişini və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Görüşdən sonra Vladimir Putin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Rusiya Federasiyasının taxıl sazişini canlandırmağa hazır olduğunu bildirib.