Ərdoğan və Əliyevdən sitat gətirən imam köməkçisi mühakimə olunur
Avqust 03
03:12
2021
Rusiyada Çelyabinsk kassasiya məhkəməsi Katedral Məscidində imam köməkçisi çalışan Rinat Yaminevin işinə baxır. O, "VKontakte"-dəki yazılara görə nifrət mühiti yaratmaqda ittiham olunur.
Yaminev mətn və videonu rusdilli Day.Az saytından kopyalayıb. Videoda Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağda donuzxanaya çevrilən məscidi ziyarət edib. Mətn bölgədə İslam dini infrastrukturunun kütləvi şəkildə itirilməsindən bəhs edir.
Yaminevin ikinci yazısı, İslam cəmiyyətinin Fransa prezidenti Emmanuel Makronun Fransada İslamı "nizamlamağın" zəruriliyinə dair təşəbbüslərinə reaksiyası ilə əlaqədardır. Yaminev, Türkiyə prezidenti Rəcəb Ərdoğanın və Əl-Əzhər Universitetinin Makronun təşəbbüsünü pisləyən sitatlarını gətirib.
Keçən ilin dekabr ayında bu yazıları qırx beş yaşlı Algeyt Vəliyev görüb və FSB -yə müraciət edib. Müraciətdə qeyd olunur ki, bu yazılar "etnik nifrəti qızışdırır".
"Bu postlar dini hisslərimə təsir edib, mənfi emosiyalar yaradıb. Eyni zamanda ağlı başında olan bir insan kimi başa düşürəm ki, buna görə Ermənistanın sadə vətəndaşları məsuliyyət daşımır. Həmçinin, ermənilər əsasən xristiandırlar, və məscid onlar üçün sadəcə bir binadır. Ermənilər bilmədən, müsəlmanların dini hisslərinə təsir edə biləcək hər şeyi ora yerləşdirə bilərlər", - o müraciətində yazıb.
Müraciətə əsasən, imam köməkçisinə qarşı inzibati iş açılıb.

İndi imam köməkçisi ətrafında yaranmış vəziyyəti siyasi yolla həll etməyə çalışırlar: Azərbaycanın Moskvadakı səfiri Çelyabinsk vilayətinin qubernatoru Anatoli Vekşinlə görüşüb. Danışıqların necə başa çatdığı və məhkəmənin qərarına necə təsir edə biləcəyi məlum deyil.
(virtualaz.org)